Belçikada enerji xərclərinin azaldılması yolları müzakirə olunur

A- A A+

Belçikada artan enerji qiymətləri fonunda ev təsərrüfatlarına xərcləri azaltmaq üçün tövsiyələr açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, yerli mediaya görə, əsas diqqət gündəlik vərdişlərin dəyişdirilməsinə və enerjidən səmərəli istifadəyə yönəldilir.

Məlumata əsasən, məişət texnikası ümumi enerji xərclərinin təxminən 30 faizini təşkil edir. Bu səbəbdən A enerji sinifli cihazların seçilməsi və onların düzgün istifadəsi mühüm hesab olunur.

Ekspertlər bildirir ki, sadə addımlar – işıq və cihazların istifadə olunmadıqda söndürülməsi, LED lampalara keçid və otaqlarda istiliyin saxlanması – əhəmiyyətli qənaət yarada bilər. Eyni zamanda, paltarların aşağı temperaturda yuyulması və quruducudan daha az istifadə edilməsi də enerji sərfiyyatını azaldır.

Qeyd olunur ki, nəqliyyatda ekoloji sürmə vərdişləri yanacaq sərfiyyatını 20-30 faiz azalda bilər.

Bundan əlavə, dəyişkən tarif sistemləri və müəyyən saatlarda daha ucuz elektrik imkanları istehlakçılara əlavə qənaət imkanı yaradır.

Mütəxəssislər vurğulayırlar ki, bu tədbirlər həm xərclərin azaldılmasına, həm də enerji resurslarından daha səmərəli istifadəyə xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: