Tokayev: Qazaxıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi birinci dərəcəli vəzifəmizdir

A- A A+

Qazaxıstanın müdafiə qabiliyyətinin artırılması və hərbi qulluqçulara hərtərəfli dəstək göstərilməsi həmişə birinci dərəcəli vəzifəmiz olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Vətənin Müdafiəçisi Günü münasibətilə təbrikində deyilir.

Prezident qeyd edib ki, yeni Konstitusiyada "Qazaxıstan Respublikasının müdafiəsi onun hər bir vətəndaşının müqəddəs borcu və vəzifəsidir" müddəası aydın şəkildə təsbit olunub.

"Bu bayram xüsusi dövlət və ictimai əhəmiyyətə malikdir, döyüşçülərimizin cəsarətini, inanılmaz mənəvi gücünü və fədakarlığını təcəssüm etdirir. O, Vətən naminə xidmət etmiş və edən, gecə-gündüz Qazaxıstanın dinc səmasının, ərazi bütövlüyünün, sabitliyinin və təhlükəsizliyinin keşiyində duran hər kəsi birləşdirir. Döyüşçülərimiz və komandirlərimiz qəhrəman əcdadların şanlı ənənələrini davam etdirirlər və bu, əsl vətənpərvərlik nümunəsidir" - Tokayev bildirib.

Qeyd edək ki, hər il mayın 7-də Qazaxıstanda Vətənin Müdafiəçisi Günü qeyd olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: