Türkiyə Milli Müdafiə Nazirliyi təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimlərin keçiriləcəyini bildirib.
NUHÇIXAN xəbər verir ki, 10-23 may tarixlərində keçirilməsi planlaşdırılan təlimlərdə Azərbaycan, Gürcüstan və Türkiyədən olan müvafiq bölmələrin iştirakı gözlənilir.
Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib: “Türkiyədə keçiriləcək təlimlər dostluq və əməkdaşlıq əlaqələrini dərinləşdirmək və fəlakət zonalarında mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır”.
