ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 2 milyon 300 min barel azalaraq 457 milyon 200 min barel olub. Bazar proqnozları ehtiyatların 3 milyon 400 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 5 milyon 200 min barel geriləyərək 392 milyon 700 min barel olub. Ölkənin benzin ehtiyatları da hesabat həftəsində 2 milyon 500 min barel azalaraq 219 milyon 800 min barel təşkil edib.
