ABŞ Yaxın Şərqdəki hərbçilərinin sayını artırıb

A- A A+

Fevral ayından bəri ABŞ İranla münaqişə fonunda Yaxın Şərqdə yerləşən bazalardakı hərbçilərinin sayını təxminən 10 min nəfər artıraraq 50 minə çatdırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrinə istinadla məlumat yayıb. Qəzetin məlumatına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatından əvvəl Yaxın Şərq regionunda - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, İordaniya, Qətər, Küveyt və Bəhreyndəki bazalarda təxminən 40 min Amerika əsgəri yerləşdirilmişdi. Hazırda isə regiondakı ABŞ hərbçilərinin sayı 50 mini keçib.

Qəzet qeyd edir ki, Yaxın Şərqdəki bütün hərbi kontingent tam döyüş hazırlığı vəziyyətindədir. Bu arada, Ağ Ev İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırlığı ilə bağlı ziddiyyətli siqnallar göndərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: