Ermənistanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb

A- A A+

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının himayəsi altında İrəvanda keçirilən tədbirdə Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı ilə əlaqədar Ermənistanın Moskvadakı səfiri Qurgen Arsenyana etirazını bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan diplomatının Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşünün yekunlarına dair məlumatda deyilir.

Rusiya xarici siyasət idarəsi Ermənistanda Zelenskiyə “Rusiyaya qarşı terror təhdidlərini səsləndirməsi” üçün “tribuna” verilməsini “qətiyyən qəbuledilməz” adlandırıb.

Məlumata əsasən, Ermənistanın səfiri Moskvanın mövqeyi barədə ölkə rəhbərliyini məlumatlandıracağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: