Ərdoğan: Türkiyə enerji sektorunda Əlcəzairlə uzunmüddətli əməkdaşlığa hazırdır

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairlə enerji təchizatı məsələlərində uzunmüddətli əməkdaşlığa hazır olduğunu bildirib.

NUHÇIXAN xəbər verir ki, Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə lideri Afrika ölkəsi ilə bir çox strateji istiqamətlərdə ikitərəfli əlaqələrin dərinləşdirilməsinə qətiyyətini vurğulayıb.

O, Əlcəzair ilə uzun illər davam edən enerji sektorunda, xüsusən də təbii qaz sahəsində etibarlı, sabit və davamlı əməkdaşlığı xatırladıb.

“Bərpaolunan enerji və müasir texnologiyalar sahəsində tərəfdaşlıq imkanları da nəzərdən keçirilməlidir”, - deyə Türkiyə Prezidenti bildirib və hazırda Əlcəzairdə 1600-dən çox türk şirkətinin fəaliyyət göstərdiyini, ölkəyə investisiyaların isə 8 milyard dollara çatdığını bildirib.

Qeyd edək ki, ötən il Əlcəzairdən gələn mayeləşdirilmiş təbii qaz Türkiyənin ümumi qaz idxalının 7 faizini təşkil edib.

Rusiya Türkiyənin aparıcı təbii qaz təchizatçıları siyahısında birinci yerdədir (43 faiz), ardınca ABŞ (20 faiz), Azərbaycan (12 faiz) və İran (11 faiz) yer alıb. Qalan mənbələr isə 7 faiz təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: