Ukrayna uzaqmənzilli raketlərlə təchiz olunmuş 150-dək “Gripen” qırıcısının alınması ilə bağlı İsveçlə danışıqlar aparır.
NUHÇIXAN xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixail Fedorovun açıqlamalarına görə, bu təyyarələr Rusiya ilə müharibənin gedişatına ciddi təsir göstərə və Ukrayna qüvvələrinin həm də hava zərbələrindən müdafiəsini gücləndirə bilər.
Əvvəllər əsas maneə maliyyələşdirmə məsələsi idi. Lakin Macarıstanın Avropa İttifaqı tərəfindən Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılmasına qoyduğu vetonu geri götürməsindən sonra bu problemin həlli mümkün görünür.
M.Fedorovun sözlərinə görə, mümkün sazişlə bağlı xəbərlər yaxın aylarda ortaya çıxa bilər.
İsveçin müdafiə naziri Pol Yonson danışıqların fəal şəkildə davam etdiyini bildirərək, bu istiqamətdə ciddi irəliləyiş əldə olunduğunu qeyd edib. Bununla yanaşı, həm müasir “Gripen E” təyyarələri, həm də Ukraynanın mümkün qədər tez əldə etməyə ümid etdiyi daha əvvəlki “C” və “D” modelləri müzakirə olunur.
Müqavilə ilə bağlı yekun qərarı Ukrayna Prezidenti Volodimir Zelenski verəcək.
