İndoneziya hökuməti Halmahera adasında Dukono vulkanın püskürməsindən sonra 20 turistin axtarışını aparır.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Reuters" agentliyinə yerli xilasetmə xidmətinin nümayəndəsi bildirib.
Məlumata görə, turistlərdən 9-u Sinqapur vətəndaşıdır, digərləri isə indoneziyalılardır.
Bu gün Şimali Maluku əyalətində yerləşən Dukono vulkanının püskürməsi baş verib. Püskürmə nəticəsində vulkan külü 10 km (6,21 mil) hündürlüyə qədər qalxıb.
