Rusiya mayın 8-nə keçən gecə Ukrayna ərazisinə müxtəlif tipli pilotsuz uçuş aparatları ilə 850-dən çox zərbə endirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
O qeyd edib ki, ümumilikdə Rusiya tərəfindən Ukrayna mövqelərinə 140-dan çox atəş və 10 hücum əməliyyatı qeydə alınıb:
"Ötən gecə ərzində Rusiya ordusu Ukrayna mövqelərinə zərbələr endirməyə davam edib. Səhər saat 7-yə olan məlumata görə, cəbhədəki mövqelərə artıq 140-dan çox atəş qeydə alınıb. Rusiyalılar bu gecə ərzində 10 hücum əməliyyatı həyata keçirib, ən çoxu - Slavyansk istiqamətində olub. Həmçinin müxtəlif tipli dronlarla 850-dən çox zərbə endirilib: Zərbə pilotsuz uçuş aparatları da tətbiq edilib. Cəbhəboyu ərazilər üzərindəki səmada kəşfiyyat dronlarının istifadəsi də dayandırılmayıb. Bütün bunlar onu aydın şəkildə göstərir ki, Rusiya tərəfindən cəbhədə atəşkəs cəhdinin heç imitasiyası da olmayıb".
