Gürcüstanda Diplomatiya Akademiyası yaradılacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidxe məlumat verib. Hökumət başçısı deyib: "Bizim vəzifəmiz diplomatik xidmətimiz üçün yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Bu da ölkəmizin xarici siyasət mövqelərinin daha da möhkəmləndirilməsi üçün vacibdir". Onun sözlərinə görə, Gürcüstan Diplomatiya Akademiyası diplomatik xidmət üçün yüksəkixtisaslı kadrlar hazırlayacaq.
