Almaniyada “Volksbank”ın inkassator avtomobilinin sürücüsü girov götürülüb

A- A A+

Almaniyanın Raynland-Pfalts əyalətinin Zinsiq şəhərində “Volksbank”ın filialında inkassator avtomobilinin sürücüsü silahlı şəxslər tərəfindən girov götürülüb.

NUHÇIXAN “Bild” qəzetinə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar polis tərəfindən genişmiqyaslı əməliyyatı keçirilir. Polis hadisədə bir neçə silahlı şəxsin iştirak etdiyini ehtimal edir.

Məlumata görə, naməlum şəxs sürücünün qarşısını kəsərək, onu hədələyib və banka daxil olub. Hazırda girov götürən şəxslərin və sürücünün bankın xəzinə otağında olduğu bildirilir.

Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub, şəhər mərkəzi mühasirəyə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: