Liviyada ən böyük neft emalı zavodu işini dayandırıb

A- A A+

Liviyanın Zaviyə şəhərindəki ən böyük neft emalı zavodu toqquşmalar səbəbindən fəaliyyətini dayandırıb.

NUHÇIXAN xəbər verir ki, “Əl Marsad” portalının məlumatına görə, rəhbərlik “təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb”. Toqquşmalar nəticəsində kompleksin ərazisinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.

Cümə günü səhər saatlarında neft emalı zavodunun yaxınlığında toqquşmalar baş verib. Bundan əvvəl Zaviyənin təhlükəsizlik idarəsi bölgədəki cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.

Portalın dərc etdiyi açıqlamaya görə, bütün tədbirlər “qanunvericiliyə uyğun olaraq və Baş prokurorluğun nəzarəti altında” həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: