Ötən ilin noyabr-dekabr aylarında Gürcüstanda baş verən zorakı mitinqlər zamanı konkret şəxslərə qarşı zorakılıq ittihamı ilə hüquq-mühafizə orqanlarının 5 nümayəndəsi həbs edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib.
“Dövlət konstitusiya quruluşunu dəyişdirmək üçün zorakı cəhdlərlə üzləşməli olsaq belə, Avropa və Amerika standartlarından daha yüksək standartlarla, daha yüksək insanlıq standartları ilə hərəkət etməliyik”, - deyə o vurğulayıb.
Hökumət başçısı deyib ki, bu fakt həm də hüquq-mühafizə orqanları arasında koordinasiyanın xüsusi əhəmiyyətini təsdiqləyir.
