NATO Yaponiya və daha 3 ölkədə kosmodromlardan birgə istifadə imkanlarını araşdırır

A- A A+

NATO Avstraliya, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiyadakı buraxılış məntəqələrindən birgə peyk buraxılışları üçün qarşılıqlı istifadə imkanlarını araşdırmağa başlayıb.

NUHÇIXAN Yaponiyanın "Nikkei" qəzetinə istinadən xəbər verir ki, söhbət Hind-Sakit okean regionundakı 4 müttəfiqin 2024-cü ildə NATO tərəfindən başladılan Starlift proqramına qoşulmasından gedir.

Proqram çərçivəsində Almaniya, İtaliya və Fransa da daxil olmaqla 10-dan çox üzv dövlət bir-birinin buraxılış məntəqələrinə qarşılıqlı girişi təmin edəcək. Starliftin məqsədi mövcud peyklərin zədələnməsi və ya məhv edilməsi halında ehtiyat peyklərin orbitə sürətli buraxılmasını təmin etməkdir. Proqram həm hərbi, həm də kommersiya peyklərini əhatə edir.

İddiaya görə, Tokio proqramda iştiraka müsbət yanaşır. Bununla belə, Yaponiyanın iştirakı üçün xüsusi müqavilənin bağlanması, eləcə də sərhədləri keçən avadanlıqlar üçün gömrük rəsmiləşdirilməsi məsələlərinin həlli tələb olunur.

Tokio son illərdə NATO ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. 2025-ci ilin yanvar ayında Brüsseldə Şimali Atlantika Alyansında Yaponiyanın xüsusi daimi nümayəndəliyi açılıb, apreldə isə NATO-nun baş katibi Mark Rutte Tokioya səfər edib. Yaponiyanın ovaxtkı Baş naziri Şigeru İşiba və Rutte müdafiə sənayesində əməkdaşlıq barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: