Qazaxıstanda iki kollecin təsisçisi təhsilə ayrılmış 2,8 milyon dolları mənimsəyib

A- A A+

Şımkənddə (Qazaxıstan) Maliyyə Monitorinqi Agentliyinin departamenti 1,3 milyard tengə (2,8 milyon dollar) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi faktı üzrə istintaqı yekunlaşdırıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

2018-2023-cü illər ərzində iki kollecin təsisçisi olan qadın təhsilə ayrılmış pulları mənimsəyib. Bununla yanaşı, sxemin təşkilatçısı əvvəllər törətdiyi mənimsəməyə görə son üç il ərzində azadlıqdan məhrumetmə yerlərində olub və qanunsuz fəaliyyəti oradan idarə edib. İstintaq zamanı şübhəlilər könüllü olaraq 65 milyon tengəni (140,9 min dolları) geri qaytarıblar.

"Məhkəmənin sanksiyası ilə 3 mənzilə, o cümlədən Dubay şəhərindəki 3 yaşayış evinə, eləcə də 3 avtomobilə həbs qoyulub. Kolleclərin rəhbərləri, mühasiblər və digər əlaqədar şəxslər şərik qismində iştirak ediblər. Vətəndaşlar formal olaraq tədris müəssisələrinə qəbul edilirdi, lakin faktiki olaraq təhsil almırdılar. Bu isə dövlət təhsil sifarişi və kadrların yenidən hazırlanması proqramları çərçivəsində maliyyə əldə etməyə imkan verib", - Maliyyə Monitorinqi Agentliyində qeyd edilib.

Onlar qəbul və işə düzəlmə haqqında saxta əmrlər rəsmiləşdirir, sənədlərin təsdiqlənməsi üçün elektron rəqəmsal imzalardan istifadə edir, eləcə də görülmüş işlərin nominal aktlarını tərtib ediblər.

İki şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib, üç nəfər barəsində isə yaşadığı yerdən kənara çıxmama və lazımi davranış haqqında iltizamnamə tətbiq edilib. Cinayət işi məhkəməyə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: