“Nikkei”: Panama kanalı ilə neft daşınması 74 faiz artıb

A- A A+

Hörmüz boğazının blokadası nəticəsində nəqliyyat axınlarının pozulması səbəbindən 2026-cı ilin aprelində Panama kanalı vasitəsilə Atlantik və Sakit okeanları arasında neft və neft məhsullarının daşınması ötən ilin orta göstəricisi ilə müqayisədə 74 faiz artıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Nikkei” qəzeti (Yaponiya) məlumat yayıb.

Bildirilir ki, daşımalar əsasən ABŞ-nin Şərq sahillərindən tədarükün kəskin azalması ilə qarşılaşan Asiya ölkələrinə yönəldilir.

Qəzetin məlumatına görə, aprel ayında Panama kanalı ilə gündə 1,77 milyon barelə qədər neft və neft məhsulları daşınıb. Bu, 2013-cü ildən bəri bütün zamanların rekord göstəricisidir. Kanal vasitəsilə Yaponiyaya neft və neft məhsulları daşınması 2025-ci illə müqayisədə beş dəfədən çox artıb.

Hazırda kanalın tutumu demək olar ki, tükənib və gəmilərin uzun növbələri yaranıb. Növbəsiz keçid hərraca çıxarılır və ödənişlər artıq 1 milyon dollara çatıb.

Xatırladaq ki, Panama kanalı yalnız kiçik və orta ölçülü tankerləri qəbul etmək imkanına malikdir. ABŞ-nin supertankerləri isə Asiya ölkələrinə Cənubi Afrikadakı Ümid Burnu üzərindən gedirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: