Qazaxıstan Ticarət Siyasəti Konsepsiyası çərçivəsində 2030-cu ilədək qeyri-xammal ixracının həcmini 52 milyard dollara çatdırmağı hədəfləyir.
NUHÇIXAN Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Oljas Bektenov ixrac kreditləri və investisiyaların sığortalanması üzrə ən böyük beynəlxalq birlik olan Bern İttifaqının plenar iclasında çıxışı zamanı deyib.
Oljas Bektenovun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, Qazaxıstana birbaşa xarici investisiyalar 14,4 faiz artaraq 20,5 milyard dollar təşkil edib, əsas kapitala yatırılan investisiyalar isə 13 faizlik artımla tarixi rekord həddə – 43,5 milyard dollara çatıb. Həmin dövrdə ölkənin xarici ticarət dövriyyəsi də artaraq 144 milyard dollara yüksəlib.
Qazaxıstan məhsulları dünyanın 127 ölkəsinə ixrac olunur, aktiv əmtəə mövqelərinin sayı isə 4 min ada yaxınlaşıb.
