Türkiyədə onlayn ticarətin həcmi bir ildə 50 faizdən çox artıb

A- A A+

Türkiyədə onlayn ticarətin populyarlığı durmadan artır. Ötən ilin yekunlarına görə, ölkədə elektron ticarətin həcmi 4,5 trilyon lirəni ötüb ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 52,2 faiz çoxdur.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin ticarət naziri Ömer Bolat Ankarada “Türkiyədə elektron ticarətin icmalı” hesabatının təqdimatında çıxışı zamanı bu məlumatları açıqlayıb.

Türkiyəli nazirin sözlərinə görə, əgər 2019-cu ildə ölkədə elektron ticarətin ümumi həcmi 23 milyard 940 milyon dollar təşkil edirdisə, 2025-ci ilin yekunlarına əsasən bu göstərici 115 milyard 430 milyon dollara çatıb. “2019–2025-ci illər ərzində Türkiyədə elektron ticarətin dollar ifadəsində artım tempi 382 faiz təşkil edib”, – deyə nazir bildirib.

Ö.Bolat qeyd edib ki, təkcə 2025-ci ildə Türkiyə daxilində onlayn ticarətin ÜDM-də payı 6,9 faiz olub.

Türkiyədə elektron ticarət üçün ən populyar sahə geyim, ayaqqabı və aksesuarlar olaraq qalır. Sonrakı yerlərdə elektronika, hava daşımaları və ərzaq məhsulları qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: