Çindən Qazaxıstana immiqrasiya üç dəfə artıb

A- A A+

2026-cı ilin birinci rübündə Çindən Qazaxıstana daimi yaşayış məqsədilə gələnlərin sayı kəskin artıb.

NUHÇIXAN Qazaxıstanın Kazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Data Hub məlumat yayıb. Bildirilib ki, yanvar-mart aylarında Qazaxıstana 1260 Çin vətəndaşı köç edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çoxdur.

Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına əsasən, bu, son doqquz ildə Çindən qeydə alınan ən yüksək rüblük immiqrasiya göstəricisidir. Məlumata görə, Qazaxıstana ən çox immiqrant Özbəkistandan gəlib – 2275 nəfər. Rusiya 1265 nəfərlə ikinci, Çin isə 1260 nəfərlə üçüncü yerdə qərarlaşıb.

Qeyd olunub ki, Çindən gələn immiqrantların 99,5 faizini etnik qazaxlar təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: