Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb

A- A A+

Ukrayna Rusiya əsirliyindən 9000-dən çox vətəndaşını geri qaytarıb. Onların arasında Rusiyanın qanunsuz olaraq saxladığı yüzlərlə mülki şəxs də var.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Komissarı, ombudsman Dmitri Lubinets parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya əsirliyindən ümumilikdə 9048 Ukrayna vətəndaşı geri qaytarılıb. Bunlardan 452-si mülki şəxsdir.

Ombudsman bildirib ki, 2025-ci ildə Ukrayna Rusiya tərəfi ilə birbaşa əlaqə saxlayıb. Bunun sayəsində Rusiyadakı məhbuslara 5 min bağlama isti geyim və tibbi ləvazimatlar və məktub göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: