Amerikanın “AECOM” mühəndislik konsaltinq şirkətinin nümayəndələri Ermənistana gəliblər. Onlar “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üçün ərazidə tədqiqat işlərinə başlayacaqlar.
NUHÇIXAN xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, “AECOM” komandası İrəvana Dövlət Departamentinin qlobal infrastruktur və investisiya tərəfdaşlığı Fondu adından gəlib.
Qeyd edilir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanla görüşdə layihə üçün hazırlanan texniki-iqtisadi əsaslandırmanın əsas istiqamətini və gözlənilən nəticələri təqdim olunub.
Çərşənbə axşamı Qriqoryan layihənin gedişini müzakirə etmək məqsədilə İrəvanda Dövlət Departamenti və İnkişaf Maliyyə Korporasiyasının nümayəndələrindən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.
