Trampın təyyarəsi Çinə eniş edib

A- A A+

ABŞ Prezidenti Donald Trampın təyyarəsi Çinə eniş edib.

NUHÇIXAN-ın məlumatına görə, onu Çinin vitse-prezidenti Han Çjen və digər rəsmi şəxslər qarşılayır.

Təmtəraqlı qarşılama mərasimində təxminən 300 çinli gənc, hərbi fəxri qarovul dəstəsi və hərbi orkestr iştirak edir.

ABŞ Prezidenti Çin lideri Si Cinpinlə cümə axşamı və cümə günləri bir sıra görüşlər keçirəcək.

Onu səfər zamanı Dövlət katibi Marko Rubio, Müdafiə katibi Pit Heqset, Xəzinədarlıq katibi Skott Bessent və digər dövlət rəsmiləri, həmçinin ABŞ-nin 16 böyük şirkətlərinin baş icraçı direktoru, o cümlədən “Tesla” şirkətinin rəhbəri İlon Mask və “Apple” şirkətinin rəhbəri Tim Kuk müşaiyət edir.

Prezident Tramp səfər zamanı Tayvan və Çinin İranla münasibətləri mövzularında danışıqlar aparacaq.

Bu, Trampın prezident kimi Çinə ikinci səfəridir və sonuncu dəfə o, 2017-ci ildə Çində olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: