Litvanın müdafiə naziri Avropa ordusunun yaradılmasına qarşı çıxıb

A- A A+

Litva müdafiə naziri Robertas Kaunas Avropa İttifaqı (Aİ) müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ortaq Aİ ordusunun yaradılması təşəbbüsünə qarşı çıxıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb. Litvalı nazir həmkarlarını Avropa ordusu və NATO alyansını təkrarlayan digər formatlar haqqında danışmağa enerji sərf etməməyə çağırıb.

“Biz bütün NATO ölkələrinin və eyni zamanda, bütün Avropanın hərbi imkanlarının gücləndirilməsinə və hazırlığına diqqət yetirməliyik. Bu, bizə məhdud resursları daha yaxşı əlaqələndirmək və onlardan səmərəli şəkildə istifadə etmək imkanı verəcək”, - deyə Robertas Kaunas bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: