ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq.
NUHÇIXAN-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə geniş tərkibdə görüş zamanı deyib.
O, Cinpini əla lider adlandırıb. Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. “Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”, - deyə Tramp əlavə edib.
