Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türküstanın mənəvi müəllimi Xoca Əhməd Yəsəvinin adını daşıyan xüsusi ordenin ilk laureatı olub.
NUHÇIXAN Akordaya istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ordeni Türkiyə liderinə təqdim edib.
Rəcəb Tayyib Ərdoğan deyib: “Bu ordeni Türkiyə Respublikasına və türk xalqına dərin hörmətinizin əlaməti olaraq qəbul edirəm”.
Türkiyə Prezidenti iki ölkə arasında qardaşlığın möhkəmləndirilməsinə yönəlmiş siyasətinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib.
