Polşa Müdafiə Nazirliyi: ABŞ ölkədəki hərbi kontingentini azaltmayacaq

A- A A+

Vaşinqtonun Polşadakı hərbi mövcudluğunu azaltmaq planı yoxdur, əksinə, onun artırılması üçün danışıqlar aparılır.

NUHÇIXAN xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış jurnalistlərə deyib.

“Hər kəsi əmin etmək istəyirəm - Polşadakı Amerika hərbçilərinin sayı azalmır, biz onların miqdarını artırmaq üçün çalışırıq”, - deyə nazir “TVP Info” telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib.

Kosinyak-Kamış Vaşinqtonun Polşaya 4000 əsgərin yerləşdirilməsinin ləğv edilməsinə dair qərarının Avropadakı Amerika qüvvələrinin “yenidən təşkili” ilə əlaqəli olduğunu bir daha təkrarlayıb. Nazir əlavə edib ki, o və Polşa ordusunun Baş qərargah rəisi Veslav Kukula bununla bağlı ABŞ hərbi liderləri ilə danışıblar.

Bir gün əvvəl “Defense News” və “Army Times” portalları Pentaqona istinadla Vaşinqtonun Polşaya 4000 əsgər göndərmək qərarını ləğv etdiyini bildiriblər. Ümumilikdə Polşada daimi və rotasiya əsasında təxminən 10 min Amerika əsgəri yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: