Alimlər xərçəng hüceyrələrinin məhvinə təsir edən yeni mexanizm müəyyənləşdiriblər

A- A A+

İsrail alimləri hüceyrələrin bir-biri ilə əlaqəsinin yeni formasını aşkar ediblər. Tədqiqatçılar bu kəşfin gələcəkdə xərçəng müalicəsinin daha effektiv üsullarının hazırlanmasına kömək edə biləcəyini düşünürlər.

NUHÇIXAN İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, Hayfa Universitetinin alimləri tərəfindən aparılan tədqiqat hüceyrələr arasında siqnalların ötürülməsində mühüm rol oynayan “Notch” adlı reseptora həsr edilib. İndiyədək alimlər düşünürdülər ki, “Notch” yalnız digər hüceyrələrdən gələn siqnalları qəbul edir. Lakin yeni araşdırma göstərib ki, bu reseptor qonşu hüceyrələrə də təsir göstərə bilir. Müəyyən olunub ki, “Notch” bəzi hallarda yaxınlıqdakı hüceyrələri aktivləşdirərək onların digər hüceyrələri udmasına səbəb olur. Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr gələcəkdə xərçəng hüceyrələrinin daha dəqiq tanınması və aradan qaldırılması üçün yeni müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: