Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanlarında layihələrdə iştiraka çağırıb

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə şirkətlərini Kurık və Aktau limanları vasitəsilə yükdaşımaların artırılmasına yönəlmiş layihələrdə daha fəal iştirak etməyə çağırıb.

NUHÇIXAN Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, o, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında bildirib.

Dövlət başçısı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna digər ölkələrin də marağının artdığını qeyd edib.

İclasda kənd təsərrüfatı sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib. 2025-ci ildə aqrar-sənaye kompleksi məhsullarının ticarəti 25 faizdən çox artaraq təxminən 360 milyon dollara çatıb.

Bununla yanaşı, energetika, dağ-mədən sənayesi, rəqəmsallaşma və süni intellekt, həmçinin müdafiə sənayesi sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: