Yaxın Şərqdəki proseslər fonunda yaşanan qlobal enerji böhranı ənənəvi enerji mənbələrinə əsaslanan mərkəzləşdirilmiş enerji sisteminin hüdudlarını ortaya qoydu və baş verənlər bərpaolunan enerjiyə keçidi sürətləndirəcək.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bunu Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera deyib.
Enerjinin gələcəyinin bərpaolunan mənbələrdə olduğunu bildirən baş direktor qeyd edib.
“Düşünürəm ki, gələcəkdə daha çox böhran olmayacaq. Çünki biz daha sürətlə yeni enerji sisteminə keçəcəyik. Bu sistem mütləq davamlı biokütlə istifadəsi və xüsusilə yaşıl hidrogenlə müşayiət edilən bərpaolunan enerjiyə əsaslanacaq. Mövcud enerji böhranı bəşəriyyət tarixindəki ən böyük enerji böhranı olduğunu düşünmürəm. Mövcud vəziyyət ənənəvi enerji mənbələrinə əsaslanan mərkəzləşdirilmiş enerji sisteminin “qırmızı xətti”dir. Enerji keçid prosesi artıq başlayıb, son göstəricilər keçidin sürətləndiyini göstərir. Qlobal enerji keçidində elektrik şəbəkələrinin modernləşdirilməsinin son dərəcə vacibdir. Çünki bərpaolunan enerjiyə əsaslanan mərkəzləşdirilməmiş enerji sistemi ətraf mühit, enerji təhlükəsizliyi və iqtisadiyyat üçün faydalı ola bilər, lakin diqqətli idarəetmə tələb edir”, - deyə Françesko La Kamera əlavə edib.
O deyib ki, süni intellekt enerji şəbəkələrinin idarə edilməsində mühüm rol oynayacaq və bu, texnologiyanın enerji keçidini sürətləndirəcək vacib vasitələrdən birinə çevrilir: “Enerji keçidində diqqət yalnız 2030-cu il hədəflərinə deyil, həm də 2050-ci il perspektivinə yönəldilməlidir. Bərpaolunan enerji tutumunu üçqat və enerji səmərəliliyini ikiqat artırmaq məqsədləri istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib. Bərpaolunan enerji investisiyaları bazarda artıq sürətlənib və qlobal inkişaflar bu artımı dəstəkləyir. Lakin Paris Sazişinin məqsədlərinə çatmaq üçün mövcud səylər gücləndirilməlidir, ölkələrin ortaq bir vizyon və qətiyyətlə hərəkət etməsi vacibdir”.
