Qazaxıstan və Türkiyə “ANKA” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üçün birgə müəssisənin yaradılması haqqında müqavilə imzalayıblar.
NUHÇIXAN “Akorda”ya istinadla xəbər verir ki, müvafiq sənəd Astanada rəsmi nümayəndə heyətlərinin üzvləri arasında paylaşılan dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədlər arasında yer alıb.
