Pakistanda terror aktı: azı 9 nəfər həlak olub, 35 yaralı var

A- A A+

Pakistanın şimal-qərbində yerləşən Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı kamikadze hücumu nəticəsində bir mülki şəxs və azı səkkiz hərbçi həlak olub.

NUHÇIXAN Pakistan mediasına istinadla xəbər verir ki, cümə axşamı gecəsi partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsinin Əfqanıstanla sərhəddə yerləşən Bajaur rayonundakı kəşfiyyat düşərgəsinə girməyə cəhd etməsi nəticəsində daha 35 hərbi qulluqçu yaralanıb.

Kəşfiyyat düşərgəsinin darvazası və ətraf divarları zədələnib.

Hücuma görə hələlik heç bir qrup terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: