Yaponiya kəskin inflyasiya ilə qarşılaşıb

A- A A+

2026-cı ilin aprel ayında Yaponiyada topdansatış inflyasiyası son üç ilin ən yüksək həddinə çatıb.

NUHÇIXAN xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, aprel ayında korporativ malların qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz yüksəlib. İdxal qiymət indeksi isə 17,5 faiz artıb ki, bu da 2022-ci ilin dekabr ayından bəri ən yüksək göstəricidir.

Analitiklər qeyd edirlər ki, milli valyutanın dəyərdən düşməsi enerji şokunu daha da dərinləşdirib. Belə ki, neft məhsulları və kömür 5,3 faiz, kimya sənayesi məhsulları 9,2 faiz bahalaşıb.

“Bloomberg” agentliyi isə öz növbəsində digər inflyasiya göstəricisinə diqqət çəkib. 20 illik dövlət istiqrazlarının faiz dərəcəsi 6,5 bənd artaraq 3,61 faizə - 1996-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: