Rusiya ilə Ukrayna arasında hərbi əsir mübadiləsi aparılıb

A- A A+

Rusiya və Ukrayna “205-ə 205” formulu çərçivəsində hərbi əsir mübadiləsi aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, mayın 15-də Ukraynadan 205 rus hərbçisi qaytarılıb. Mübadilə zamanı isə 205 ukraynalı hərbi əsir Ukrayna tərəfinə təhvil verilib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, geri qaytarılan hərbçilər hazırda Belarus Respublikasındadırlar. Onlar lazımi psixoloji və tibbi yardım alırlar.

Rusiya Müdafiə Nazirliyi, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Ukrayna əsirliyindən rus hərbçilərinin qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: