Yunanıstan adalarında turizmə məhdudiyyətlər tətbiq olunacaq

A- A A+

Yunanıstan mediasında yayımlanan məlumatlarda hökumətin həddindən artıq turizmin yaratdığı problemləri azaltmaq məqsədilə yeni məhdudiyyətlər paketi hazırladığı bildirilir.

NUHÇIXAN xəbər verir ki, yeni strategiyanın xüsusilə turizm təzyiqinin yüksək olduğu adalara və sahil bölgələrinə yönəldiyi qeyd olunur.

Məlumatda bildirilir ki, Afina hökuməti “Xüsusi Məkan Planlaşdırılması Çərçivəsi” adlı yeni model təqdim edib. Bu çərçivəyə əsasən, Yunanıstan ərazisi turizm yükü və coğrafi xüsusiyyətlərə görə müxtəlif kateqoriyalara bölünəcək. Yüksək təzyiq altında olan bölgələrdə yeni tikinti və turizm investisiyalarına daha sərt nəzarət tətbiq ediləcək.

Məqalələrdə vurğulanır ki, Yunanıstan adaları üçün xüsusi status nəzərdə tutulur. Yeni qaydalara əsasən, hər ada üzrə maksimum yerləşdirmə və yataq yerləri limiti müəyyən ediləcək. Hökumət hesab edir ki, bu addım həm infrastruktur üzərində təzyiqi azaltmalı, həm də təbii və tarixi irsin qorunmasına kömək etməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: