Ukrayna dronları Rusiya ordusuna məxsus təyyarəni, helikopteri və gəmini məhv edib - FOTOLAR

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiya ordusuna məxsus “Be-200 - Altair” təyyarəsini, “Ka-27” helikopterini, “Tor-M2” zenit-raket kompleksini, “Pansir-S1” zenit-raket-top kompleksini və sursat daşıyan gəmini vurub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin “Telegram” kanalında məlumat yayılıb.

Pilotsuz Sistemlər Qüvvələrinin Dərin Zərbələr Mərkəzi ilə koordinasiya şəraitində Rusiya ordusunun aviasiyası, hava hücumundan müdafiə vasitələri, logistika obyektləri və şəxsi heyətin yerləşdiyi məntəqələrə dəqiq zərbələr endirilib.

Birinci əlahiddə mərkəzin operatorları Rusiyanın Yeysk şəhərində “Be-200 - Altair” amfibiya təyyarəsini və “Ka-27” helikopterini vurublar. Bölmənin hərbçiləri, həmçinin müvəqqəti işğal altında olan Krımda “Pansir-S1” zenit-raket-top kompleksini, Berdyanskda isə sursat daşıyan quru yük gəmisini məhv ediblər.

Bununla yanaşı, 427-ci “Raroq” əlahiddə briqadasının operatorları Luqansk vilayətində “Tor-M2” zenit-raket kompleksini vurublar.

Eyni zamanda, 414-cü “Madyarın quşları” briqadasının hərbçiləri “K-2”nin 20-ci briqadası ilə birlikdə Luqansk vilayətində düşmənin təlim mərkəzinə və müvəqqəti dislokasiya məntəqəsinə zərbə endiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: