İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır. Tehran heç vaxt atom bombası əldə etmək istəməyib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Dehlidə keçirilən mətbuat konfransında bildirib. “İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib. Biz dəfələrlə demişik ki, atom bombası istəmirik. Bizim yalnız dinc nüvə proqramımız var”, - deyə o vurğulayıb.
Abbas Əraqçi, həmçinin qeyd edib ki, İran hakimiyyəti münaqişənin diplomatik yolla həllinə imkan yaratmaq üçün ABŞ ilə atəşkəsi qorumağa çalışır. Onun sözlərinə görə, atəşkəs çox kövrəkdir. İran diplomatiyaya ikinci şans verməklə atəşkəsi qorumağa cəhd göstərir.
