Türk dövlətlərinin birliyi və onların ortaq innovativ potensialı yeni iqtisadi imkanlar açacaq və regionun qlobal texnologiya xəritəsində güclü bir mərkəz kimi mövqeyini gücləndirəcək.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O vurğulayıb: “Birgə səylərimiz bilik mübadiləsi və texnoloji inteqrasiya yolu ilə müasir dünyanın çağırışlarını həll edə bilər. Nəqliyyat dəhlizlərini rəqəmsal platformalarla birləşdirə bilsək, türk dövlətləri qlobal yükdaşımaları sistemində mühüm rol oynaya biləcəklər”.
