Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

A- A A+

Almaniya Kansleri Fridrix Merts ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə Kansler X hesabında məlumat verib.

Fridrix Merts telefon söhbətində İranla bağlı ortaq mövqe nümayiş etdirdiklərini bildirib: “Biz razılaşdıq ki, İran dərhal danışıqlar masasına qayıtmalı, Hörmüz boğazını açmalıdır. Tehranın nüvə silahına sahib olmasına icazə verilməməlidir”.

Kansler söhbət zamanı, həmçinin Ukrayna üçün sülh yolu ilə həll məsələsini müzakirə etdiklərini və Ankarada keçiriləcək NATO Sammitindən əvvəl mövqelərin əlaqələndirildiyini vurğulayıb. “ABŞ və Almaniya güclü NATO-da güclü tərəfdaşlardır”, - deyə Fridrix Merts vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: