Media: Kanada və Fransa öz müdafiə embarqolarına rəğmən Türkiyə ilə yaxınlaşır

A- A A+

2019-cu ildə Türkiyəyə dron komponentlərinin tədarükünü qadağan edən Kanada hakimiyyəti, indi Türkiyənin PUA-larının alınması da daxil olmaqla Ankara ilə müdafiə dialoquna açıq şəkildə maraq göstərir.

NUHÇIXAN “Türkiye” qəzetinə istinadla xəbər verir ki, Kanadanın Baş naziri Mark Karninin Türkiyəyə qarşıdakı rəsmi səfəri və hərbi-sənaye kompleksində Ankara ilə əməkdaşlığa hazır olduğunu bildirməsi fonunda əvvəllər Türkiyə müdafiə sənayesinin inkişafını ləngitməyə çalışan Fransada da Türkiyə əleyhinə mövqelər yenidən nəzərdən keçirilir.

Nəşr yazır ki, Ottava diqqətini Vaşinqtondan Ankaraya yönəldib və “Amerika silahlarına və təhlükəsizlik sistemlərinə alternativ tapmaq” istəyir.

Qəzet bildirir ki, Kanada rəsmilərinin sözlərinə görə, Ottava hərbi-sənaye sektorunun şaxələndirilməsini son dərəcə vacib hesab edir və ABŞ ilə münasibətlərdəki qeyri-müəyyənlik fonunda Türkiyəni etibarlı tərəfdaş kimi görür”.

“Türkiye” qəzeti, həmçinin Fransanın texnologiya nəhəngi “Safran Electronics & Defense”in mövqeyini vurğulayır. Bu şirkət Türkiyənin “Baykar” kompaniyası ilə böyük bir müqavilə bağlayaraq “Bayraktar TB2” hücum dronlarına “fransız optikası”nı həvalə edib. İki şirkət, həmçinin “ağıllı” sursatlar və yeni nəsil naviqasiya sistemlərini birgə inkişaf etdirmək üçün qüvvələrini birləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: