Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

A- A A+

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi iqtisadi potensialı 2025-ci ildə 2,4 trilyon dolları keçib, artım tempi isə qlobal iqtisadi artımı iki dəfə üstələyib.

NUHÇIXAN xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Türk dünyasının inteqrasiyası xalqlarımızın taleyinə birbaşa təsir göstərən uzunmüddətli strateji məsələdir. Son illərdə Türk Dövlətləri Təşkilatı dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib”, – deyə Özbəkistan lideri vurğulayıb.

Onun sözlərinə görə, təkcə ötən il ərzində Özbəkistanın TDT ölkələri ilə ticarət dövriyyəsi 14 faiz artaraq 11 milyard dollara çatıb.

“Əsas məqsədimiz gələcək nəsillərə yalnız böyük tarix deyil, həm də onların haqlı olaraq qürur duyacaqları əvəzsiz mənəvi irs qoyub getməkdir. Əminəm ki, bu gün qəbul edilən Türküstan Bəyannaməsi xalqlarımızın nəcib niyyətlərini daha da möhkəmləndirəcək və Türk dünyasının 2040-cı il vizyonu konsepsiyasının yüksək hədəflərinə çatmaq yolunda mühüm addım olacaq”, – deyə Mirziyoyev bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: