Ermənilər Metsamor AES-dəki radioaktiv tullantıları Rusiyaya Gürcüstan ərazisindən keçməklə daşımaq niyyətindədirlər

A- A A+

Ermənistan Metsamor AES-dən istifadə zamanı çirklənmiş nüvə yanacağını Rusiyada təmizləmək niyyətindədir. Hazırda işlənmiş radioaktiv maddələrin Gürcüstan ərazisindən keçməklə Rusiyaya daşınması məsələsi müzakirə olunur.

NUHÇIXAN Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın energetika nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyan Soçidə atom texnologiyalarına həsr olunmuş “Atomekspo” beynəlxalq forumundakı çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, radioaktiv maddələrin təmizlənməsini Rusiyanın “Mayak” İstehsalat Birliyi həyata keçirəcək.

V.Martirosyan deyib ki, bu cür təhlükəli tullantılar təyyarə ilə daşınmır. Ona görə də Gürcüstan ərazisindən keçməklə təhlükəsiz olaraq Rusiyaya daşınmalıdır. Gürcüstan dövləti yüklərin öz ərazisindən keçməklə təhlükəsiz daşınması barədə əsaslandırılmış məlumat və təminat verməlidir.

Gürcüstan hökuməti hələlik Martirosyanın açıqlamasına cavab verməyib.

Amma politoloqlar və müstəqil ekspertlər bunun mümkünsüz olduğunu iddia edirlər. Politoloq Quram Marxuliyanın sözlərinə görə, Gürcüstan belə təhlükəli yüklərin daşınmasına yol verə bilməz. Bu, Gürcüstan qanunları ilə də qadağandır.

“Ermənilər, sadəcə, bu cür sərsəm bəyanatlarla Gürcüstanı “yükləmək” və bu yolla radioaktiv tullantıların öz ərazisindən daşınmasına icazə verməyə məcbur etmək istəyir”, - deyə Marxuliya vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: