Çin Qazaxıstanın aparıcı ticarət tərəfdaşı olaraq qalır

A- A A+

Qazaxıstanın xarici ticarət dövriyyəsi 2026-cı ilin birinci rübündə 10,5 faiz artaraq 32,9 milyard dollara çatıb.

NUHÇIXAN Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, ixrac 18 milyard dollar, idxal isə 14,9 milyard dollar təşkil edib.

Qeyri-xammal ixracı 23,4 faiz artaraq 6,9 milyard dollara yüksəlib. Əsas artım mis, gümüş, uran, ferroərintilər və ixracı təxminən 60 faiz artan günəbaxan yağı hesabına təmin olunub.

7,8 milyard dollarlıq əmtəə dövriyyəsi ilə Qazaxıstanın ən böyük ticarət tərəfdaşı Çin olaraq qalır. İkinci yerdə 6,5 milyard dollarlıq göstərici ilə Rusiya qərarlaşıb. Ən böyük tərəfdaşlar sırasında İtaliya, Türkiyə və Özbəkistan da yer alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: