BEA-nın rəhbəri: Kommersiya neft ehtiyatları sürətlə azalır

A- A A+

Kommersiya neft ehtiyatları sürətlə azalır və bir neçə həftəlik ehtiyat qalıb. Bu, İranla müharibə və Hörmüz boğazının gəmiçilik üçün bağlanması ilə əlaqədardır.

NUHÇIXAN xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə keçirilən G7 maliyyə bazarı liderlərinin görüşündə iştirak edən Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol jurnalistlərə bildirib.

O, həmçinin deyib ki, Şimal yarımkürəsində əkin mövsümünün başlanması ilə əlaqədar dizelə, aviasiya yanacağına və benzinə tələbatın artması ehtiyatların daha sürətli azalmasına səbəb olacaq.

Birol bildirib ki, Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumlarından əvvəl neft bazarlarında əhəmiyyətli miqdarda xam neft artığı müşahidə olunurdu, kommersiya ehtiyatları çox yüksək idi. Lakin müharibə vəziyyəti tez bir zamanda dəyişib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: