ÜST hantavirus infeksiyasına yoluxma hallarının sayını yenidən 11-ə yüksəldib

A- A A+

“MV Hondius” kruiz gəmisinin daha bir sərnişinində karantin müddətində hantavirus simptomları aşkar edilib. Bununla da müəyyən edilən yoluxma hallarının sayı yenidən 11-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus məlumat yayıb.

“Ümumilikdə 11 yoluxma halı müəyyən edilib (9-u təsdiqlənmiş, 2-si ehtimal olunan), o cümlədən 3 ölüm faktı qeydə alınıb”, – deyə ÜST rəhbəri “X” sosial şəbəkəsində yazıb. Bundan əvvəl Tedros Adhanom Qebreyesus yoluxanların sayının 11-dən 10-a düşdüyünü bildirmişdi.

ÜST rəhbəri son təsdiqlənmiş yoluxma halının da gəminin sərnişinində aşkar edildiyini qeyd edib. “Həmin şəxs vətəninə qaytarılan sərnişinlər arasında olub və karantində olduğu müddətdə onda simptomlar müşahidə edilib. Hazırda ona tibbi yardım göstərilir”, – deyə ÜST rəhbəri vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: