Tailand turistlər üçün vizasız rejimin müddətini 30 günə endirdi

A- A A+

Tailand 90-dan çox ölkənin vətəndaşları üçün vizasız rejim müddətinin 60 gündən 30 günə endirilməsi barədə qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, “The Nation” portalının məlumatına görə, bundan sonra əksər ölkələrin vətəndaşları üçün vizasız qalma müddəti 30 gün olacaq. Eyni zamanda, bəzi ölkələr üçün bu müddətin 15 günədək azaldılması nəzərdə tutulur.

Hakimiyyət orqanlarından bildirib ki, əsas məqsəd turist sayını artırmaq deyil, turizmin keyfiyyətini yüksəltmək və təhlükəsizliyi gücləndirməkdir. Baş nazir viza siyasətinin daha diqqətlə nəzərdən keçirilməsi barədə tapşırıq verib.

Qeyd edək ki, Tailandda 60 günlük vizasız rejim turizmi stimullaşdırmaq məqsədilə 2024-cü ildə tətbiq olunub. Lakin bəzi xarici vətəndaşlar bu rejimdən başqa məqsədlərlə istifadə edirlər. Rəsmi statistikaya əsasən, xarici turistlər Tailandda orta hesabla doqquz gün qalırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: