Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti amerikalıları Afrikada Ebola xəstəliyinin yayıldığı ölkələrə səfər etməməyə çağırıb.
NUHÇIXAN-ın məlumatına görə, departamentin yenilənmiş səfər xəbərdarlığında əhaliyə hər hansı səbəbdən Konqo Demokratik Respublikasına, Cənubi Sudana və ya Uqandaya səyahət etməmək, həmçinin Ruandaya səyahətlərini yenidən nəzərdən keçirmək tövsiyə olunub. Departamentin Konqo Demokratik Respublikası, Cənubi Sudan və Uqanda üçün səyahət tövsiyəsi artıq 4-cü səviyyəyə, yəni qətiyyən səyahət etməmək xəbərdarlığı səviyyəsinə çatdırılıb. Ruanda üçün səyahət tövsiyəsi isə 3-cü səviyyədə qalaraq, səyahəti yenidən nəzərdən keçirmək çağırışı edilib.
Artıq Konqo Demokratik Respublikasında çalışan bir amerikalı həkimin Ebola virusuna yoluxduğu təsdiqlənib.
Dövlət Departamenti Konqo Demokratik Respublikasında və Uqandada Ebola epidemiyasına qarşı hərtərəfli tədbirləri əlaqələndirdiyini açıqlayıb. Bildirilib ki, epidemiya Amerika sahillərinə çatmamışdan əvvəl onu cilovlamaq üçün tədbirlər görülür və sözügedən ölkələrə də virusla mübarizə sahəsində yardım edilir.
