Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

A- A A+

Fransanın xarici ticarət və investisiya cəlbediciliyi üzrə naziri Nikola Forissye Nuuk şəhərində Fransa ilə Qrenlandiya arasında nadir minerallar və metallar sahəsində niyyət bəyannaməsinin imzalandığını elan edib.

NUHÇIXAN xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsində paylaşımında bildirib. Qeyd edib ki, sənəd Qrenlandiyanın nümayəndəsi Mute Bourup Egedenin iştirakı ilə imzalanıb. Forissyenin sözlərinə görə, bu sənəd Avropanın enerji və sənaye gələcəyi üçün strateji tərəfdaşlıq xarakteri daşıyır.

Qrenlandiyaya səfəri çərçivəsində Nikola Forissye bu ölkənin Baş naziri Yens-Frederik Nielsen ilə də görüşüb. Görüş zamanı iqtisadi inkişaf, elmi araşdırmalar və Avropa əməkdaşlığı məsələləri müzakirə olunub.

Nazirin sözlərinə görə, tərəflər Fransa ilə Qrenlandiya arasında xüsusilə sənaye və elmi sahələrdə ortaq perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: