Çinin Şaansi və Sian vilayətləri Böyük İpək Yolunun başlanğıc nöqtələridir. Bu, Gürcüstan və Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edir. Tarixən biz İpək Yolunun bir hissəsi olmuşuq və bu gün də Transxəzər marşrutunun, yəni Orta Dəhlizin bir hissəsiyik.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Gürcüstan Parlamentin sədri Şalva Papuaşvili Çində Şaansi əyalətinin komitə katibi, eyni əyalətin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Çjao Yi ilə görüşündə bildirib.
“Bu yol həm iqtisadi, həm də mədəni inkişafımızda mühüm rol oynayıb. Gürcüstan İpək Yolundan təkcə iqtisadi deyil, həm də mədəni cəhətdən faydalanıb. Buna görə də ölkələrimiz arasında əməkdaşlığa, strateji tərəfdaşlığa və bu tərəfdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa xüsusi əhəmiyyət veririk”, - deyə Papuaşvili qeyd edib.
O deyib ki, biz tərəfdaşlarımıza Çin və Avropanı birləşdirmək üçün ən sürətli və ən sərfəli yolu təklif edirik.
Orta Dəhliz və Transxəzər Marşrutunun bir hissəsi olaraq, Gürcüstan tərəfdaşlarına Çin ilə Avropanı birləşdirmək üçün ən sürətli və ən səmərəli yolu təklif edir. Bu yol ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin inkişafına, xalqlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir.
