Çin Xalq Respublikasının Sədri Si Cinpin tezliklə Koreya Xalq Demokratik Respublikasına (KXDR) gedə bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası hökumətindəki mənbəyinə istinadla məlumat yayıb. Məlumata görə, bu səfər mayın sonunda – iyunun əvvəlində ola bilər.
Qeyd olunub ki, Çinin xarici işlər naziri Van İ aprel ayında KXDR-də olub.
